|
|
|
| Satışın təşkili və Qiymətlər: Satışın təşkili |
|
|
| Yazar: nka 5-01-2011, 12:39 |
|
"Servis NKA" MMC aşağıda sadalanan nəzarət-kassa aparatlarının satışını həyata keçirir.
1 EKR-3102 F (tətbiq sahəsi: istənilən sahə) - 210 AZN 2 EKR -2102F (tətbiq sahəsi: istənilən sahə) - 192 AZN 3 Minika- 1102F (tətbiq sahəsi:15 kv.metrədək) - 117 AZN 4 Minika- 1103F (tətbiq sahəsi:15 kv. metrədək) - 117 AZN 5 Merkuri -180F (tətbiq sahəsi:15 kv. metrədək) - 117 AZN 6 İnter MPOS (tətbiq sahəsi: istənilən sahə) - sifarişə uyğun
     
Nəzərinizə çatdırmaq istəyirik ki, Siz kassa aparatını heç bir zəmanət, girov və əlavə sənədlər tələb edilmədən yalnız şəxsiyyət vəsiqəsilə uzunmüddətli KREDİT yolu ilə də əldə edə bilərsiniz!
Bundan əlavə aşağıdakı köməkçi materialların satışı təşkil olunmuşdur. 1. Qəbz lenti (termolent) 2. Qəbz lenti 3. Adapter 4. Akkumlyator
Müəssisə tərəfindən satılan nəzarət – kassa aparatlarına servis-texniki xidmət göstərilir. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq istehlakçılar aylıq 7 manat məbləğində aylıq abunə haqqı ( merkuri 180F,Minika 1102F, Minika 1103F markalı aparatlar üçün aylıq 5 manat) ödəməklə pulsuz aşağıdakı xidmətləri əldə edirlər:
- istənilən vaxt mütəxəssisin dəvət edilməsi ( zəngdən sonra 4 saat ərzində)
- ən azı ayda bir dəfə kassa aparatına texniki baxış
- pulsuz təmir ( fiskal yaddaş dolarkən onun dəyişdirilməsi istisna olmaqla)
- aylıq “ Z ”. hesabatlarının çıxarıb istehlakçıya təhvil verilməsi.
İstehlakçıların vəkalətnaməsi əsasında kassa aparatlarının qeydiyyata salınması. Kassa aparatlarının Vergi orqanlarında qeydiyyata salınması və qeydiyyatdan çıxarılması çox məsuliyyətli işdir.Əgər Sizin bu iş üçün bir neçə dəfə Vergi orqanlarına getməyə, növbəyə durmağa vaxtınız və həvəsiniz yoxdursa bizə vəkalətnamə verməklə Sizin adınızdan qısa müddət ərzində bu işləri həyata keçirə bilərik.Bunun üçün aşağıdakı sənədləri bizə təqdim etmək lazımdır.
1.Obyektin sənədinin surəti, (texniki pasport,qeydiyyat vərəqəsi), icarə müqaviləsi və ya istifadə üçün etibarnamə.
2.VÖEN –nin surəti
Kassa aparatınız qeydiyyata düşdükdən sonra bizim işçimiz aparatı və qeydiyyata düşmə sənədlərinizi birbaşa ofisinizə gətirib Sizə təqdim edə bilər.
Sizə bildirmək istəyirik ki, satışını təşkil etdiyimiz kassa aparatları son zamanda respublika ərazisində tətbiq olunan elektron məsafədən ötürmə qurğularını dəstəkləyir. . |
|
|